Sürətli növbəyə yazılmaq
Müştərilər tərtib etdiyiniz link vasitəsi ilə qeydiyyat belə olmadan 30 saniyə ərzində istədikləri xidməti, günü və zamanı seçərək növbə ala bilərlər.
Aşağıda mobil tətbiqdə olan əsas funksiyanallıqlar qeyd olunmuşdur.
Müştərilər tərtib etdiyiniz link vasitəsi ilə qeydiyyat belə olmadan 30 saniyə ərzində istədikləri xidməti, günü və zamanı seçərək növbə ala bilərlər.
Həftəlik, aylıq və illik hesabatlar vasitəsi ilə qəbul etdiyiniz müştərilərin sayını, qazandığınız gəliri və biznesinizi analiz etməyə gərəkli olan digər məlumatları əldə edə bilərsiniz.
Müştəri növbə aldıqda, həmçinin müştəri ilə olan görüşünüzə 30 dəq. qalmış xatırlatma bilidirişi gəlir. Bildirişləri tənzimləmələr bölümündən söndürə bilərsiniz.
Novbe.az - həm də müştərilərin müxtəlif biznesləri axtara biləcəyi bir platformadır. Siz daha çox müştəriyə əlçatan olmaq üçün öz profilinizi novbe.az-da dərc edə bilərsiniz. Daha çox reytinqə malik bizneslər axtarışda ön sıralarda görünəcək.
Müştərilər növbə almaq üçün heç bir mobil tətbiq yükləmək məcburiyyətində olmayacaqlar. Müştəriləriniz sadəcə sizin biznes profilinizə giriş edərək, qeydiyyat keçmədən 30 saniyə ərzində xidmət növünü, günü və zamanı seçərək növbə ala biləcəklər.
İnterfeys həm mobil, həm də böyük ekran ölçülərinə sahib veb cihazlara uyğun formada dizayn olunmuşdur.
Müştərilər növbə almaq istədikdə onlardan telefon nömrələrinin təsdiqlənməsi tələb olunur. Bunun vasitəsi ilə qeyri ciddi istifadəçi kütləsinin sizin kalendarınızı məşğul etməyinin qarşısı alınır.
Aşağdakı 5 mərhələni yerinə yetirmək gərəkdir ki, biznes profiliniz hazır olsun və
müştərilər təklif etdiyiniz xidmətlər üçün növbə ala bilsinlər.
Qeydiyyatdan keçərək, biznes sahibi kimi hesab yaratmış olursunuz.
Həftənin günləri üçün xidmət göstərəciyiniz iş saatlarını daxil edin. Bunun üçün biznes tənzimləmələri və sonrasında iş saatları menyusuna daxil olun. İş saatlarını birdəfəlik və ya həftəlik təkrarlanan olaraq daxil edə bilərsiniz.
Təklif edəcəyiniz xidmətləri sistemə daxil edin. Unutmayın ki, xidmətlər üçün kateqoriya yaratmaq zəruridir. Ona görə də ilk öncə kateqoriya, daha sonra xidmət yaradın.
Sonda biznesiniz üçün asan və yadda qalan istifadəçi adı tərtib edin.
Bu ad biznes linkinizdə istifadə olunacaq. (https://novbe.az/@istifadeci_adiniz)
Linki sosial şəbəkələrdə müştəriləriniz ilə paylaşın ki, onlar sizə növbə ala bilsin.
Əgər biznes profilinin yaradılmasına dair çətinliyiniz varsa, aşağıdakı video təlimatı izləyə bilərsiniz.
Novbe.az - müştərilərin asan və qısa vaxt ərzində yazılmaq istədikləri xidmətlər üçün onlayn formada növbə almağa imkan verən platformadır. İlkin olaraq kişi və qadın salonları üçün nəzərdə tutulan platforma gələcəkdə bir çox xidmət sahəsini özündə əhatə etməyi hədəfləyir.
Xeyr. Xidmət biznes sahiblərinə tam pulsuz təklif olunur. Yalnız gələcəkdə bəzi premyum funksiyalar ödənişli ola bilər. Məsələn: müştərilərə xatırlatma sms-ləri göndərmək, biznes profilinizi daha önə çıxarmaq, və s.
Öncədən tərtib etmiş olduğunuz biznes linkinə daxil olaraq müştərilər qeydiyyat keçmədən 30 saniyə ərzində asanlıqla növbə ala bilərlər. Müştərilər beləliklə xüsusi mobil tətbiq yükləməyə, qeydiyyat keçməyə vaxt itirməyəcəklər. Novbe.az - növbə almaq prosesini olduqca asan və sürətli edir.
Əgər biznes hesabının qurulmasında çətinliyiniz varsa, bizim ilə WhatsApp vasitəsi ilə saxlaya bilərsiniz. Biz biznes hesabının yaradılmasında sizə tam pulsuz dəstək göstərməyə hazırıq.
Həmçinin biznes hesabının qurulmasına dair qısa video təlimata baxa bilərsiniz >> VİDEO TƏLİMAT